“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Endri Çekiçi ilə anlaşıb.


Albaniyalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.


29 yaşlı oyunçu karyerası ərzində ‘Dinamo” (Zaqreb), “Olimpiya” (Lyublyana), “Konyaspor”, “Ankaragücü” kimi klublarda çıxış edib.


O, Albaniya millisində 11 oyunda meydana çıxıb və 1 qol vurub.