Millimiz bu gün Moldova ilə qarşılaşacaq
- 13:00
- 38
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, Rui Jorjenin baş məşqçisi olduğu kollektiv Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Qəbələ şəhər stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək.
Xatırladaq ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 6-da Yaponiya ilə qarşılaşacaq.