Vüqar Məmmədi AFFA-ya bağlayan səbəb - ÖZƏL!
- 2019-11-21 15:00
- 1747
U-17 millsinin baş məşqçisi cari seçmə mərhələdə bərbad çıxış etsə də, federasiya tərəfindən heç bir qınağa tuş gəlmədi. Ümumiyyətlə, Vüqar bəy uzun müddətdir ki, AFFA-da çalışır. Hətta Qurban Qurbanov milliyə gələndə aşağı yaş qruplarından ibarət bütün komandalarda baş məşqçi dəyişikliyi olanda, Məmmədə toxunan olmadı. Bunun isə başqa bir səbəbi də var.
Rekord.az xəbər verir ki, Vüqar menecer Çinar Məmmədin qardaşıdır.
Çinar isə AFFA ilə sıx işləyən menecerdi və bütün yığmalara yeni futbolçular təklif edir. Məhz onun AFFA ilə sıx əməkdaşlığı səbəbindən qardaşı Vüqara da dəyib-dolaşan yoxdur.