Vozinya Çili klubu ilə müqavilə bağladı
- 14:00
- 17
Kabo-Verde yığmasının təcrübəli qapıçısı Vozinya Çilinin "Kolo-Kolo" klubu ilə müqavilə bağlayıb.
Rekord.az kluba istinadən xəbər verir ki, 40 yaşlı qolkiperlə müddəti daha 1 il uzadılması şərti ilə 6 aylıq sözləşmə imzalanıb.
Çili mətbuatının məlumatına görə, o, yeni komandasında avqustun 16-da "Ohiggins"ə qarşı matçda debüt edə bilər.
Vozinya Şimali Amerikada keçirilən DÇ-2026-da göstərdiyi oyunla ölkəsinin pley-offa yüksəlməsinə böyük kömək göstərib. Qrup mərhələsində İspaniya və Uruqvay ilə heç-heçə edən Kabo-Verde yığması 1/16 finalda Argentinaya məğlub olub.
Qeyd edək ki, əsl adı Josimar Joze Evore Dias olan təcrübəli qapıçının son klubu Portuqaliyanın "Çaves" komandası olub. O, karyerası ərzində Anqola, Kipr, Moldova və Slovakiya çempionatlarında da çıxış edib.