
Volkov “Zirə”də qalmağa razıdı, amma
- 28 Mar 2022 13:00
- 621
Cari mövsüm "Zirə"nin əsas futbolçularından olan bombardiri david Volkov növbəti mövsümdə də komandada qalmağa razıdır.
Rekord.az xəbər verir ki, gürcüstankl futbolçu yeni müqavilə üçün maaşının artırılmasını istəyir.
Lakin hələlik klubla onun arasında bu məsələ ilə bağlı geniş söhbət olmayıb. Güman ki, tərəflər apreldə masa arxasında bu məsələni müzakirə edəcək.
Qeyd edək ki, Volkovun "Zirə" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Futbolçuya ölkə xaricindən bir neçə təklifin olduğuna dair məlumatlar var.