“Misli”də virtual idman oyunları mərc həvəskarlarının yolunu gözləyir

Azərbaycanın qanuni idman mərc oyunları operatoru - “Misli” bir-birindən maraqlı oyunlarla mərc həvəskarlarının yolunu gözləyir. Hazırda bir çox ölkədə idman mövsümü yekunlaşsa da, “Misli”də virtual idman oyunları ilə real həyəcan davam edir.
Mərc həvəskarları “Misli” məntəqələri və  misli.az saytında təqdim edilən geniş seçim və fərqli imkanlardan yararlanaraq virtual oyunlarla həm əylənmək, həm də real uduşlar qazanmaq şansına malikdirlər.
Azərbaycanda virtual idman oyunlarına mərc etmək yalnız “Misli”də mümkündür. 
“Virtual idman” oyunlarında bir bilet üzrə minimum ödəniş bir manat, maksimum ödəniş isə 500 manat müəyyənləşdirilib. Virtual oyunlarda iştirakçıya bir bilet üzrə ödəniləcək maksimum uduş məbləği 50 000 manatdır. Virtual idman oyunlarına hər 5 dəqiqədən bir mərc edərək həyəcanı “Misli” ilə yaşaya bilərsiniz.
Ölkədə virtual oyunların tək ünvanı - “Misli”də İngiltərə Liqası, Bundesliqa kimi futbol, həmçinin basketbol, xokkey, tennis və digər fərqli idman növləri ilə bağlı təxminlərinizi qazanca çevirmək imkanı təqdim edilir.
Qeyd edək ki, oyunlarla bağlı misli.az saytından, eləcə də “Misli” məntəqələrindən ətraflı məlumat əldə etmək olar. “Misli”də virtual idmanla yanaşı, idman mərc oyunları, ani və tirajlı lotoreya biletlərini əldə edə, əyləncəli zaman keçirə bilərsiniz.