Məlum olduğu kimi, bu yaxınlarda iclas keçirən AFFA İcraiyyə Komitəsi millinin baş məşqçisi De Byazini ən azı daha bir seçmə mərhələ postunda saxlamağa qərar verib.

Rekord.az xəbər verir ki, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan, xeyli tənqidlərə yol açan bu qərarı federasiyada olan futbol veteranları da dəstəkləməyib.

Bizdə olan məlumata görə, İK üzvləri Vaqif Sadıqovla İsgəndər Cavadov, eləcə də Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov italiyalının qalmasının əlehinə olub. Lakin digər üzvlərin səs üstünlüyü yekunda məlum qərarın verilməsi ilə nəticələnib.