Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan kubokunda qaliblər müəyyənləşib.

Rekord.az xəbər verir ki, yarışda müxtəlif yaş qrupu və çəki dərəcələrində 15 atlet qüvvəsini sınayıb.

Maraqlı mübarizə şəraitində keçən ölkə kubokunda qaliblər Sinkleyr cədvəli ilə müəyyən edilib.

Zəfər Tağıyev toplam 228 kq (100+128) nəticə və 363.294 xalla qızıl, Vaqif Müsadiq toplam 162 kq (72+90) nəticə və 361.993 xalla gümüş, Səddar Quliyev isə toplam 148 kq (63+85) nəticə və 357.304 xalla bürünc medal qazanıb.