“Qarabağ”ın ukraynalı  yarımmüdafiəçisi Aleksey Kaşukun "Qarabağ"dan ayrılmaq ehtimalı yenidən gündəmə gəlib.


Rekord.az xəbər verir ki, Ukrayna mətbuatı 25 yaşlı futbolçuya bir neçə ölkədən təkliflər olduğunu iddia edir. 


Bu ölkələr sırasında Ukrayna, Polşa, İsrail və Macarıstan təmsilçiləri var. Əldə etdiyimiz məlumata görə, "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub da həmyerlisini öz komandasında görmək istəyir və bu transferdə israrlıdır. Lakin bir məsələ var ki, Kaşukun "Qarabağ"la 2027-ci ilə qədər müqaviləsi var və onu transfer etmək istəyən klub Ağdam klubuna transfer haqqı ödəməlidir.