
VAR-la bağlı yenilik
- 19 Yan 2023 12:45
- 390
Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) VAR sistemi ilə bağlı yenilik tətbiq edəcək.
Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, VAR otağında əyləşən hakimlər futbol matçlarında mübahisəli epizodları yenidən izlədikdən sonra müvafiq qərarları tribunadakı azarkeşlərə və yayım hüququna sahib telekanallara mikrofon vasitəsilə açıqlayacaqlar.
Matçı həm stadionda, həm də televiziya vasitəsilə izləyənlər qərardan xəbərdar ola biləcəklər. Lakin hakimlərin arasında gedən danışıqlar əvvəlki kimi yenə ictimaiyyətə təqdim olunmayacaq.
Yenilik ilk dəfə bu ilin fevralında Mərakeşdə keçiriləcək klublararası dünya çempionatında tətbiq olunacaq. Bu təcrübə uğurlu hesab olunarsa, gənclər və qadınlar arasında dünya çempionatlarında tətbiq olunacaq.