"Valensiya" futbolçusu Xavi Gerra ilə yeni razılıq əldə olunub. 


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


22 yaşlı mərkəz yarımmüdafiəçi ilə 2029-ci ilin yayına qədər müqavilə imzalanıb. 


Qeyd edək ki, Xavi Gerra "Valensiya"nın yetirməsidir. O, 2023-cü ildən əsas komandada çıxış edir. İspaniyalı oyunçu karyerası ərzində 115 oyuna çıxaraq 9 qol vurub və 5 qolun ötürməsini edib.