
Valensiya Niderlanda qarşı oynaya biləcək?
- 21 Noy 2022 18:00
- 386
Ekvador yığmasının futbolçusu Enner Valensiya DÇ-2022-nin 2-ci turunda Niderlandla matçda oynaya biləcək.
Rekord.az FİFA-nın saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qustavo Alfaro danışıb.
33 yaşlı hücumçu ötən gün açılış görüşündə - Qətərlə oyunda (2:0) sıradan çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Qustavo Alfaro isə Valensiyanın Niderlandla matça qədər hazır olacağını bildirib: "Enner Niderlanda qarşı meydana çıxacaq. Buna heç bir şübhə yoxdur".
Qeyd edək ki, Niderland - Ekvador oyunu noyabrın 25-də keçiriləcək və Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Xatırladaq ki, Qətərlə görüşdə Ekvadorun hər iki qolunu Enner Valensiya vurub. O, oyunun ən yaxşı futbolçusu seçilib.