
Ümumdünya Universitet Oyunlarında iştirak edəcək cüdoçularımız bəlli oldu
- 09 İyl 2025 18:00
- 39
İyulun 23-26-sı aralığında Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində keçiriləcək Ümumdünya Universitet Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Rekord.az xəbər verir ki, Universiadada Azərbaycanı 13 çəki dərəcəsində 13 cüdoçu (7 kişi, 6 qadın) təmsil edəcək. Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Bunlar Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), Babarəhim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Nəriman Mirzəyev (73 kq), Mehdi Abbasov (81 kq), Elcan Hacıyev (90 kq), Davud Namazlı (100 kq), və Ramazan Əhmədovdur (+100 kq).
Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, Universiadanın cüdo yarışlarında 60 ölkədən 392 idmançı (214 kişi, 178 qadın) qüvvəsini sınayacaq.