Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa çempionatı öncəsi komanda üzvlərimizlə görüşüb.


Rekord.az xəbər verir ki, yığma komandamızın baş məşqçisi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rəhbərliyi altında 4 idmançımız körpücük üzərinə çıxacaq. 


Tehran Məmmədov sabah, İsa Rüstəmov, Ravin Alməmmədov və Əli Şükürlü isə növbəti günlərdə mübarizə aparacaqlar.


Təmsilçilərimizdən Əli Şükürlü komandaya 22 aprel tarixindən etibarən qoşulacaq.