PSJ Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer etdiyini açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Futbolçu İngiltərənin “Bornmut” klubundan transfer olunub. Tərəflər 2030-cu ilə qədər olan müqavilə imzalayıblar.


Mətbuatın yazdığına görə, PSJ bu keçidi 63 milyon avroya həll edib. “Bornmut” bonus olaraq daha 3 milyon avro ala bilər.


2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün onun sabiq klubu “Dinamo”ya (Kiyev) 22,7 milyon avro ödəyib.