
UEFA “Qarabağ”a pley-off-da iştiraka görə ödəniş etdi
- 06 Apr 2023 18:44
- 392
UEFA “Qarabağ” Futbol Klubuna Avropa Konfrans Liqasının pley-off mərhələsində iştirakına görə ödəniş edib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA tərəfindən ayrılmış 300.000 (üç yüz min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.