
UEFA-dan “Qarabağ”ın rəqibinə xəbərdarlıq
- 14:45
- 37
UEFA "Qarabağ" klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın "Şkendiya" klubuna xəbərdarlıq edib.
Rekord.az xəbər verir ki, buna komandanın evdə Rumıniya təmsilçisi “Styaua”ya qalib gəldiyi (1:0) 2-ci təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.
Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə "Şkendiya" cərimələnəcək.
"Qarabağ" 3-cü təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.