UEFA avrokuboklarda mövsümün başa çatdırılmasıyla bağlı hələ qərar qəbul etməyib.

Rekord.az xəbər verir ki, bu barədə TASS Agentliyinə UEFA-nın mətbuat xidmətindən məlumat verilib:

“Çempionlar Liqasında mövsümün başa çatdırılması üçün müxtəlif variantlar nəzərdən keçirilir. Bu günə qədər hələ heç bir qərar verilməyib”.

Avrokuboklarla bağlı yekun qərar iyunun 17-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.