Tyerri Anri: "VAR futbolun həyəcanını öldürür"
- 2022-09-30 17:45
- 317
Fransalı veteran futbolçu Tyerri Anri VAR sistemi haqda danışıb.
Rekord.az xəbər verir ki, keçmiş forvard bu sistemin futbolun həyəcanını öldürdüyünü bildirib:
"VAR kifayət qədər sürətli çalışmır. Çünki, qərarı yenə insanlar verir.
Qol vurduqdan sonra qeyd edib-etməməli olduğunuzu belə bilmirsiz. VAR sistemi futbolun həyəcanını öldürür".