
Tyerri Anri: "Gəlib evinizdə sizi döyürlər"
- 18 Fev 2023 13:45
- 1935
Fransa millisinin və "Arsenal"In sabiq futbolçusu Tyerri Anri "topçular"ın evdə "Mançester Siti"yə 1:3 hesablı məğlubiyyətini şərh edib.
Rekord.az xəbər verir ki, o, çempionluğun hələ də əldən getmədiyini düşünür: "Gəlib evinizdə sizi döyürlər və siz buna reaksiya verməlisiniz. "Mançester Siti" mövsümün əvvəlindən "Arsenal"ı izləyir. Artıq sakitləşmək və "Aston Villa" ilə növbəti oyuna hazırlaşmaq lazımdır. Sübut etmək lazımdır ki, hələ çempionluq mübarizəsindən qopmamısınız və sona qədər mübarizə aparacaqsınız".