
Türkiyə millisinin üzvü rəsmən "Roma"da
- 05 İyl 2022 15:30
- 477
Türkiyə millisinin futbolçusu Zeki Çelik İtaliyanın "Roma" klubuna keçib.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Zeki Çelik 2018-ci ildən Fransanın "Lill" klubunda çıxış edirdi. Oyunçu 2020/2021 mövsümündə komanda ilə Fransa çempionu olub.