Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, püşk nəticəsində növbəti mərhələdə üz-üzə gələcək komandalar müəyyənləşib.

Super Liqa nəhəngləri “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor”un da rəqibləri bəlli olub.

Bu mərhələnin qarşılaşmaları 15-17 dekabr aralığında keçiriləcək. Cütün qalibi bir oyunda müəyyənləşəcək.

Türkiyə Kuboku
1/16 final

Beşiktaş - Tarsus İdman Yurdu
Qalatasaray - Darıca Gənclərbirliyi
Fənərbaxça - Karacabey Bələdiyəspor
Başakşəhər - Turqutluspor
Alanyaspor - Adanaspor
Göztəpə - Bursaspor
Gənclərbirliyi - Tuzlaspor
Qaziantep - Kocaelispor
Trabzonspor - Adana Dəmirspor
Sivasspor - Girəsunspor
Kasımpaşa - Muğlaspor
Yeni Malatyaspor - Hekimoğlu Trabzon
Ərzurumspor - Erokspor
Antalyaspor - Boluspor
Konyaspor - Altınordu
Rizəspor - Əskişəhərspor