
“Türk Hava Yolları Futbol Mərkəzi”ndə tribuna quraşdırıldı
- 13 Noy 2021 21:01
- 582
“Neftçi” PFK-nın “Türk Hava Yolları Futbol Mərkəzi”ndə tribuna quraşdırılıb.
Rekord.az xəbər verir ki, bundan sonra bazanın 4-cü meydançasında keçiriləcək matçları 210 nəfər azarkeşin izləməsi mümkün olacaq.
Birinci Divizion komandalarının meydanında tribunaların olması PFL-in tələblərindən biridir. Birinci Divizionda mübarizə aparan “Neftçi”nin əvəzediciləri ilə yanaşı, U-19, U-17, U-16 və U-15 komandaları da uyğun olaraq təşkil olunan liqalarda ev oyunlarını “Türk Hava Yolları Futbol Mərkəzi”nin 4-cü meydançasında keçirir.