May ayında “Turan Tovuz”un gələcəyi ilə bağlı məsələ dəqiqləşəcək. Məlum olacaq ki, Tovuz təmsilçisi Premyer Liqaya buraxılacaq, ya yox.

Rekord.az xəbər verir ki, komanda elitaya buraxılsa, baş məşqçi postunda dəyişiklik olacaq.

Əfqan Talıbov onsuz da müvəqqəti təyin olunub. Daha öncə bu posta Aftandil Hacıyevin adı hallansa da, Hacıyev artıq “Səbail”lə şifahi razılığa gəlib. Əldə etdiyimiz məlumata görə, hazırda bu posta əsas namizəd Ayxan Abbasovdur. “Sumqayıt”dan ayrılandan sonra işsiz qalan Abbasovun “Turan Tovuz”u çalışdırmaq şansı digər həmkarlarından daha çoxdur. Bunun üçün isə komandanın elitaya buraxılması vacib şərtdir.