Bu gün Misli Premyer Liqasında XXVIII tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirub. Son turlarda uğursuz çıxışı ilə gündəmdə olan sumqayıtlıların Tovuz səfərində nəyə nail olacağı maraqla gözlənilirdi. Qarşılaşmanın ilk hissəsi meydan sahibləri üçün uğurlu alınıb. Lakin ikinci hissədə oyunda dönüş yaradan qonaq komanda əzmkar qələbə qazanıb.

Bu turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” matçları sabah, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları isə aprelin 2-də keçiriləcək.

Misli Premyer Liqası
XXVIII tur

31 mart

“Turan Tovuz” – “Sumqayıt” 2:3
Qol: N.Oduva, 7. R.Eva, 33 - K.Əliyev, 11; 68-pen. D.Karioka, 58.
Qırmızı vərəqə: V.Mustafayev, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Tovuz şəhər stadionu, 15:30.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
Sumqayıt: 25. İlnur Valiev, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov