
"Turan Tovuz" bu pula avtobus ala bilər?
- 14 Sen 2022 11:00
- 775
AFFA-nın FİF-in əli ilə "Turan Tovuz"a avtobus almaq planı hələ ki, reallaşana oxşamır.
Rekord.az xəbər verir ki, buna səbəb "100k" layihəsinin effektli olmamasıdır.
Alınan son məlumata görə, aradan 1 ay keçməsinə baxmayaraq, cəmi 6 min manat pul toplanıb. Etiraf edək ki, bu pula nəinki avtobus, heç avtobusun təkərlərini də almaq olmaz.