"Çelsi"nin sabiq baş məşqçisi Tomas Tuhelin klubdan qovulmasının əsas səbəbi müəyyənləşib.

Rekord.az "The Athletic"ə istinadən xəbrə verir ki, London təmsilçisinin sahibi Todd Beli mütəxəssisi klubun akademiyasından oyunçuları aktiv şəkildə əsas komandaya cəlb etmək istəyən bir məşqçi kimi görmürdü. Klub rəhbərinin sözlərinə görə, Tuhelin gənc futbolçulara inamı az olub və təcrübəli futbolçulara güvənib.

Qeyd edək ki, T.Tuhel "Çelsi"nin Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Dinamo"ya (Zaqreb) məğlubiyyətdən (0:1) sonra istefaya göndərilib.

Xatırladaq ki, Tuhel sentyabrın 7-i istefaya göndərilib. Onu Qrem Potter əvəzləyib.