
Tuhel "Real"ın baş məşqçisi olacaq?
- 16 Sen 2022 15:00
- 410
Tomas Tuxelin “Çelsi”nin baş məşqçi vəzifəsindən qovulmasının əsas səbəbi məlum olub.
Rekord.az xəbər verir ki, buna “The Athletic” qəzeti aydınlıq gətirib.
Bu mənbəyə görə, London klubunun həmsahibi Todd Boeli alman mütəxəssisi “Çelsi”nin akademiyasından olan oyunçuları fəal şəkildə əsas komandaya cəlb etmək istəmədiyi üçün istefaya göndərib. Amerikalı biznesmenin sözlərinə görə, Tuxelin gənc futbolçulara inamı az olub və bir qayda olaraq təcrübəli oyunçulara güvənib.
“Çelsi”nin Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Dinamo”ya (Zaqreb) məğlubiyyətindən (0:1) sonra işini itirən Tuxel ilə bağlı digər xəbər daha maraqlıdı. Onun yeni mövsümdən “Real”da Karlo Ançelottiyə xələf olacağını da “The Athletic” qəzeti iddia edib.