İngiltərənin "Vest Hem" klubu İspaniya millisinin vingeri Adama Traorenin transferini rəsmən açıqlayıb.


Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi "Fulhem"dən londonluların heyətinə qoşulub.


Transferin məbləği açıqlanmasa da, oyunçunun baş məşqçi Nuno Espirito Santo ilə yenidən bir araya gəldiyi vurğulanıb. Onlar daha əvvəl "Vulverhempton"da da birlikdə çalışıblar.


"Barselona" akademiyasının yetirməsi olan Adama Traore Premyer Liqada 2015-ci ildən bəri "Aston Villa", "Midlsbro", "Vulverhempton" və "Fulhem"in forması ilə 262 oyuna çıxıb, 14 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.