
“Traktor”dan “Paykan”la heç-heçə
- 24 Fev 2022 15:15
- 493
Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Paykan”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0. Komanda artıq doqquz oyundur qələbəyə həsrətdir.
“Traktor” 19 turdan sonra 15 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.