
“Traktor”dan növbəti qələbə
- 02 Okt 2022 23:49
- 391
Futbol üzrə İran çempionatında 7-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Persepolis”lə qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar - 1:0.
“Traktor” 7 turdan sonra 11 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.