
“Traktor”dan növbəti qələbə
- 10 Sen 2022 20:08
- 429
Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Sanat Naft”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar - 1:0.
Ardıcıl ikinci qələbəsini qazanan “Traktor” 6 turdan sonra 8 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.