
“Traktor” səfərdən 1 xalla döndü
- 16 Apr 2023 10:45
- 373
Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Malavan”la qarşılaşıb. “Traktorçular” bu matçdan heç-heçə ilə ayrılıblar - 1:1.
“Traktor” 26 turdan sonra 43 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.