
"Trabzonspor"un futbolçusu formasını Mahirə hədiyyə edib FOTO
- 22 Noy 2022 15:00
- 454
Şimali Makedoniya yığmasının tanınan üzvü Enis Bardhi formasını Mahir Emreliyə hədiyyə edib.
Rekord.az xəbər verir ki, Azərbaycanla baş tutan yoxlama görüşündən sonra (3:1) millimizin üzvü rəqib oyunçuya yaxınlaşaraq bir xeyli söhbətləşib.
Sonda isə "Trabzonspor"un oyunçusu öz formasını millimizin legionerinə pay edib.
Bardhi millidəki futbolkasını yox, xüsusi olaraq gətirdiyi 29 nömrəli "Trabzonspor" formasını futbolçumuza verb.
Mahir forma ilə olan fotosunu öz "İnstaqram" hesabından paylaşaraq "Çox sağ ol, mənim qardaşım Enis Bardhi" sözlərini yazıb.
Maraq üçün bildirək ki, Şimali Makedoniya yığmasının yeganə qolunu Bardhi penaltindən Şahruddin Məhəmmədəliyevin qoruduğu qapıdan keçirib.