Məlum olduğu kimi, Tovuz stadionunda təmir-yenidənqurma işləri tam yekunlaşmadığı üçün PFL bu klubun çempionatdakı oyunlarının təqvimini dəyişib və yeni mövsümün ilk iki turunda evdə oynamalı olan Tovuz təmsilçisi səfərə çıxmalı olacaq.

Rekord.az xəbər verir ki, tam həll olunmayan məsələlərdən biri də işıqlandırma sistemi ilə bağlıdır.

Əslində işıqlandırma dirəkləri xeyli müddətdir ki, Tovuza gətirilib. Lakin o dirəklərən üzərində quraşdırılacaq projektorlar ölkə xaricindən sifariş verilib və avqusta ölkəyə gətiriləcək. Bundan başqa, generator sistemi də tam hazır olmalırı. Bütün bu proseslər isə 1 aydan az çəkməyəcək. Məhz bu səbəbdən Tovuz stadionun işıqladırma prpblemi yalnız sentyabr ayında həllini tapacaq.