
Tovuz stadionunun işıqlandırılması bu mövsüm baş tutmayacaq
- 11 Sen 2022 13:00
- 653
Xəbər verdiyimiz kimi, PFL rəhbərliyi ötən gün Tovuzda səfərdə olub və "Turan Tovuz" rəhbərliyi ilə görüşüb.
Rekord.az xəbər verir ki, Tovuz stadionunda işıqlandırma problemi var.
Məhz bu səbəbdən "Turan Tovuz"un ev oyunları məcburən günorta saatlarına salınır. Belə olanda da oynamaq çətinləşir, matçın tempi aşağı düşür. PFL də bu məsələ ilə bağlı klub rəhbərliyi ilə müzakirə aparıb. Lakin əldə etdiyimiz məlumata görə, problemin həlli bu mövsüm mümkün olmayacaq. Ən yaxşı halda gələn mövsüm bu məsələnin həlli üçün real addımlar atılacaq.