Tovuz stadionunun süni örtükdən təbii örtüyə keçidi tək maliyyədən asılı olmaya da bilər.

Rekord.az xəbər verir ki, indiki halda əlavə maliyyə vəsaiti olsa belə, rəhbərlik bunu örtüyün dəyişdirilməsinə xərcləmək istəmir.

İş ondadır ki, süni örtük təbii örtüyə dəyişdirilərsə bu, daha çox komandanın ziyanına olacaq. Çünki hazırda "Turan Tovuz"un ehtiyat meydançası yoxdur və bütün məşqlər hazırkı süni örtüklü əsas meydançada keçirilir. Eyni zamanda akademiyanın komandaları da məşq və oyunlarını burada edir. Örtüyün sünidən təbiiyə keçirilməsi fonunda bütün bu məşqlər təbii örtükdə keçirilməli olacaq ki, bu yüklənməyə də təbii qazon tab gətirməz. Bu mənada təbii ota keçmək üçün ilk növbədə komandaya minimum 2 yeni ehtiyat meydança lazımdır. Hazırda rəhbərlik də bu məsələ üzərində çalışır. İlk növbədə yeni meydançaların salınması üçün boş ərazi axtarılır. Yalnız ehtiyat meydança problemi həll olunduqdan sonra əsas stadionun qazonunun təbii örtüklə əvəzlənməsi mümkün olacaq.