
Tovuz stadionu bu tarixdə hazır olacaq
- 01 Sen 2025 15:00
- 389
Tovuz stadionunda təbii ot örtüyünün salınması prosesi uğurla davam edir.
Rekord.az-a daxil olan məlumata görə, sentyabrın əvvəllərində toxum səpiləcək.
Ümumiyyətlə isə işi görən şirkət stadionun noyabrın 1-ə kimi tam hazır olacağını bildirib.