“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi
- 31 Mar 2026 23:15
- 28
“Tottenhem”in yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, İngiltərə klubu italyan mütəxəssis Roberto De Zerbini sükanı arxasına gətirib.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
London klubu ilə 46 yaşlı mütəxəssis arasında uzunmüddətli müqavilə imzalanıb. O, daha əvvəl istefaya göndərilmiş xorvatiyalı İqor Tudoru əvəz edib.
“Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdədir və Premyer Liqadan düşmə zonasından bir xal yuxarıdadır.
De Zerbi isə bundan əvvəl məşqçi bir sıra İtaliya klublarında, Ukrayna "Şaxtyor"unda və İngiltərə "Brayton"unda, Marsel “Olimpik”ində çalışıb.