"Tottenhem"də yeni futbolçu
- 15 İyn 2022 13:45
- 534
"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, London klubu "Brayton Albion"un yarımmüdafiəçisi İves Bissumanı transfer edib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Klub malili oyunçuya görə Brayton təmsilçisinə 25 milyon avro və əlavə olaraq bonuslar ödəyəcək.
Qeyd edək ki, Bissuma İngiltərə klubuna 2018-ci ildə 17 milyon avro qarşılığında "Lill'dən transfer olmuşdu