“Brentford” “Tottenhem”in ispan müdafiəçisi Serxio Reqilonu icarəyə götürüb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Reqilon mövsümün ilk yarısını “Mançester Yunayted”də icarədə keçirib. Lakin “qırmızı şeytanlar” onun icarə müqaviləsinə vaxtından öncə xitam verdikləri üçün ispan müdafiəçi “Tottenhem”ə qayıtmaq məcburiyyətində qalmışdı.