
Tərlan Əhmədov təcrübəli futbolçuları "Kəpəz"dən göndərir
- 08 Sen 2022 14:00
- 1103
«Kəpəz»in yeni baş məşqçisi Tərlan Əhmədov komandada islahatlar aparmaq qərarına gəlib.
Rekord.az xəbər verir ki, o, bu barədə klub rəhbərliyini məlumatlandırıb.
Yaşar Vahabzadənin yerinə gətirilən mütəxəssis Rauf Əliyevdən sonra daha bir neçə futbolçunu düşərgədən göndərmək istədiyini bildirib.
Çalışdırıcı Əfran İsmayılov, Tural Axundov kimi yerlilərin, həmçinin minimum 3 legionerin xidmətində maraqı olmadığını söyləyib.
Əhmədov söyləyib ki, transfer əməliyyatları düzgün aparılmayıb, menecerlər səviyyəsiz əcnəbi oyunçuları bura gətirməklə yalnız şəxsi maraqlarını güdüb.
Klubun həmin agentlər tərəfindən aldadıldığını iddia edən baş məşqçi bu işlərlə şəxsən özünün məşğul olması üçün icazə istəyib. (sportinfo.az)