AFFA tərəfindən 5 oyunluq cəzalandırılan, “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov tərəfindən isə əvəzedici komandaya göndərilən Rauf Əliyev Gəncəyə qayıdıb.

Rekord.az xəbər verir ki, öncə əvəzedici komandada oynamayacağını bildirən veteran hücumçu sonradan formadan düşməmək üçün qərarını dəyişib.

O, hətta MOİK-lə I Divizionun son tur matçında komandanı kapitan kimi meydançaya çıxarıb. Lakin buna baxmayaraq, Tərlan Əhmədov Raufu əsas komandaya qaytarmaq haqda düşünmür.