
Tərlan Əhmədov bu futbolçunu yenidən “Kəpəz”ə qaytarmaq istəyir
- 07 Sen 2022 12:00
- 1084
“Kəpəz”ə yeni baş məşqçi təyin olunan Tərlan Əhmədov Cavid İmamverdiyevi yenidən komandaya qaytarmaq istəyir.
Rekord.az-a daxil olan məlumata görə, tərəflər arasında bununla bağlı ilkin danışıq da olub.
Əhmədov vaxtı ilə “Neftçi”də bir yerdə işlədiyi futbolçuya yenidən şans verməyin əlehinə deyil. Sadəcə, onu narahat edən bir müddətdir futbolsuz qalan İmamverdiyevin hansı formada olmasıdır.
Qeyd edək ki, ötən mövsüm I Divizionda “Kəpəz”də forma geyinən Cavid komanda Premyer Liqaya gətiriləndən sonra baş məşqçi Yaşar Vahabzadəyə lazım olmamışdı.