Ter Ştegen “Jirona”da
- 15:40
- 28
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin "Jirona"ya keçidi rəsmiləşib.
Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında "Jirona"da oynayacaq.
Qed edək ki, Ter Ştegen zədə səbəbindən bu mövsüm cəmi 1 oyuna çıxıb. Onun "Barselona" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Almaniyalı qolkiper 2014-cü ildən Kataloniya təmsilçisində oynayır.