
Təcrübəli müdafiəçi "Keşlə"dən gedir?
- 28 Mar 2022 12:00
- 749
Mövsümün sonu Keşlə"ni tərk edəcək daha bir futbolçunun adına aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, bu, Tural Axundovdur.
Baş məşqçi Sənan Qurbanovun stabil şans vermədiyi müdafiəçi daha çox şans qazanacağı komandaya getməyi düşünür.
Milli komandamızın sabiq üzvünə bir neçə Premyer Liqa klubundan real təklif də var. O, belə fürsəti əldən verməyi düşünmür.
33 yaşlı futbolçu bu mövsüm Premyer Liqada cəmi 9 matçda şans qazanıb. Son 4 turda isə ümumiyyətlə ona şans verilməyib.
Təcrübəli oyunçu karyerası ərzində "Muğan", "Rəvan", "Simurq", "Sumqayıt" və "Neftçi" kimi komandaların şərəfin qoruyub. (sportinfo.az)