
Təbriz klubundan xal itkisi
- 21 Yan 2023 22:30
- 486
Futbol üzrə İran çempionatında 16-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Gol Gohar”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar - 2:2.
“Traktor” 16 turdan sonra 23 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.