Futbol üzrə İran çempionatında 22-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Fulad”la qarşılaşıb. “Traktorçular” bu oyundan xalsız ayrılıblar - 1:2.

“Traktor” 22 turdan sonra 17 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.