“Çelsi”nin və Braziliya millisinin müdafiəçisi Tyaqo Silva Tunis yığması ilə yoldaşlıq görüşündə (5:1) azarkeşlərin irqçi davranışını pisləyib.

Rekord.az xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən oyun zamanı braziliyalı futbolçu Riçarlisona tribunadan banan atılıb.

Bu, futbolçu millisinin ikinci qolunu qeyd edərkən baş verib.

“Bunu görmək ayıbdır və çətindir. Televiziya ekranlarında irqçiliyə qarşı hazırlanmış reklamlar göstəriblər, bilmirəm. Amma belə hallar davam edir.