Günəşli cüdo idman klubunda Suraxanı rayon Gənclər və İdman İdarəsi və Günəşli cüdo idman klubunun təşkilatçılığı ilə Vətən Muhəribəsi Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə turnir keçirilib.

 

Rekord.az xəbər verir ki, turnirdə 150 yaxın idmançı öz qüvvəsini sınayıb .

 

Yarışda Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Şəhid valideyinləri və Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov çıxış edərək idmançılara uğurlar arzulayıb. Yarışda qalib gələn idmançılar medal və diplomlarla təltif olunub.